VAKANSİYALAR
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR VCİD İB) Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlıq Sinerji (YES!) Şəbəkəsi” layihəsi çərçivəsində vakant vəzifələr elan edir. Layihə Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) çərçivəsində Avropa Birliyinin maliyyə dəstəyi ilə Gürcüstandakı tərəfdaş Vətəndaş İnkişaf Agentliyi (CiDA) ilə birgə həyata keçirilir.
QR VCİD İB, Qazax şəhərində həyata keçiriləcək aşağıdakı iş yerləri üçün işçilər axtarır:
- PR / Sosial şəbəkə meneceri:
İşin təsviri:
12 aylıq fəaliyyət dövründə PR / Sosial şəbəkə meneceri Azərbaycan üçün layihə elektron platformasını idarə etməli, habelə nəşrlərə lazımi məlumatların tərtib edilməsini idarə etməlidir və media üçün əlaqəli şəxs olacaqdır.PR / Sosial şəbəkə meneceri layihənin fəaliyyətində işləmək üçün vaxtının 50% -ni həsr edəcəkdir.İngilis / Rus dilini bilənlərə üstünlük veriləcəkdir.O, aşağıdakı fəaliyyətlərə görə məsuliyyət daşıyır:
– Layihənin görünürlüğünü təmin etmək
– Layihənin facebook səhifəsini gündəlik olaraq idarə etmək
– Bütün maraqlı tərəflər və layihə iştirakçıları, layihənin benefisiarları arasında , eləcə də yerli və milli kütləvi informasiya vasitələrində geniş yayıla biləcək pres-relizlər hazırlamaq.
– Layihə fəaliyyətinə dair məqalələrin və əlaqəli materialların hazırlanmasını təmin etmək
– Layihə fəaliyyəti haqqında foto və video materialları hazırlamaq
– Digər ictimai əlaqələr fəaliyyətlərini təmin etmək
Gənclər üzrə menecer:
İşin təsviri:
12 aylıq fəaliyyət dövrü ərzində Azərbaycan tərəfi üçün YES! Şəbəkəsinin fəaliyyətlərinə və qrant komponentlərinə yardım edəcək . İngilis/Rus dillərini bilmək vacibdir. O, aşağıdakı fəaliyyətlərə görə məsuliyyət daşıyacaq:
– Layihə fəaliyyətlərini təşkil etmək üçün kömək etmək: təlimlər, seminarlar, seminarlar və mədəni tədbirlər
– Təlimlər üçün layihə iştirakçılarının seçilməsində iştirak etmək
– Təlimlərdə seçilmiş hər bir iştirakçının iştirakını təmin etmək
– İştirakçılarla ünsiyyət qurmaq və onların təlim ehtiyacları və tələblərini müəyyən etmək
– Təlim sənədlərini hazırlamaq: gündəlik, iştirakçıların siyahısı, sorğular və s.
Sahə meneceri
İşin təsviri:
QR VCİD İB-nin Sahə meneceri (Qazaxda yerləşən) tədqiqat, sosial və mədəni tədbirlərin əlaqələndirilməsi və yayımla bağlı tədbirlərin əlaqələndirilməsi daxil olmaqla bütün layihə fəaliyyətlərini həyata keçirəcəkdir.
Aşagıdakı fəaliyyətləri həyata keçirməyi bacarmalıdır:
– Gürcüstan tərəfdaşları ilə əməkdaşlıq etmək və layihənin bütün fəaliyyətlərini əlaqələndirmək
– Layihə üçün izahlı hesabatı hazırlamaq
– Layihənin bütün fəaliyyətlərinin monitorinqində iştirak etmək
– Layihənin fəaliyyətinin aylıq / həftəlik planını hazırlamaq
– Rus / İngilis dillərində sərbəst ünsiyyət qurmaq
– Layihə üzrə təqdimat hazırlamaq və təqdim etmək
– Layihənin bütün iştirakçılarının fəaliyyətini koordinasiya etmək, habelə təlimlər üçün işçi qrupunun üzvlərini və iştirakçılarını seçməkdə iştirak etmək
– Təlim, mədəni tədbirlər, seminarlar təşkil etmək.
– Layihənin ən yaxşı şəkildə həyata keçirilməsi üçün məsuliyyət daşımaq.
Maliyyə meneceri
İşin təsviri:
Maliyyə meneceri layihədəki fəaliyyəti həyata keçirmək üçün öz vaxtının 20% -nı ayıracaq. Maliyyə meneceri layihənin maliyyə fəaliyyətini, o cümlədən mühasibat uçotu və layihə hesabatlarını hazırlayacaqdır. Bunun üçün O:
Azərbaycan və Avropa Birliyinin qrant hesabatlılığı sistemi barədə məlumatlı olmalı və AB-nə aralıq və yekun maliyyə hesabatlarının təqdim olunması üçün bilik və bacarıqlara malik olmalıdır.
Əməliyyat Meneceri
İşin təsviri:
Əməliyyat Meneceri layihənin həyata keçirilməsi zamanı ofis avadanlıqları, sərhəd-arası poçt çatdırma, nəqliyyat, otel və səyahət tədbirləri, ərzaq və satınalma prosedurlarına ümumi dəstək göstərəcəkdir.
Xatırladaq ki, bütün işçilər Qazax şəhərində 12 ay ərzində işləməlidirlər.
Yuxarıda qeyd edilən iş yerləri ilə maraqlanan şəxslər CV-lərini və motivasiya məktublarını Ramil Göyüşova aşağıdakı e-mail-lərə təqdim edə bilərlər: