Azərbaycan-Gürcüstan Trans-sərhəd əməkdaşlıq naminə Birgə Fəaliyyət Planının hazırlanması üçün Qazax rayonunda GÖRÜŞ
10-11 Sentyabr, 2018-ci il Qərb-Resurs VCİD İB Gürcüstanın CİDA təşkilatı ilə birgə Qazax rayonunda 30 nəfərdən ibarət müxtəlif sahələri təmsil edən Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə görüş keçirdi. Görüşdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələrin müavinləri, biznes sektorlarının nümayəndələri, QHT-lər və kənd təsərrüfatı üzrə sahibkarlar iştirak edirdilər. Tədbirin ilk günündə Layihənin eksperti Qazax rayon bələdiyyəsinin müavini Vüsal İsmaylov Qazax və Ağstafa rayonları üçün hazırlanmış Bələdiyyə prioritet sahələri üzrə sənədlərin təqdimatını etdi, və eyni zamanda Qardabani və Saqareco bələdiyyə nümayəndələridə öz sənədlərini auditoriyaya təqdim etdilər. Görüş zamanı iştirakçılar tərəfindən Gürcüstan və Azərbaycan sərhədyani bölgələr arasında güclü əməkdaşlıq yaratmaq məqsədi ilə Birgə Fəaliyyət Planının hazırlanması üçün ilkin maraqlar, ideyalar, maneələr və onların aradan qaldırılması üçün həlli yolları müzakirə edildi və əməkdaşlıq üçün çox maraqlı sahələr araşdırılıb seçildi. İştirakçılara bu məqsədə nail olmaq üçün Azərbaycan tərəfindən layihənin məsləhətçisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi İnformasiya Resursları və Texnologiya Şöbəsinin müdiri - Vidadi Baxışov və Gürcüstan tərəfindən isə layihənin məsləhətçisi Mixeil Pakatsoşvili yardım etdilər. Birgə Fəaliyyət Planının təqdimatı üçün növbəti bir görüş Gürcüstanda keçiriləcəyi nəzərdə tutulur. Görüşdən sonra, “AVEY” Qazax Dövlət Tarixi mədəniyyət Qoruğu Gürcüstan nümayəndələrini Qarabulaq və Damçılı bulağı ilə tanış etdilər.
Tədbirin ikinci günü isə əməkdaşlıq üçün artıq müzakirə olunmuş ilkin platforma yarandı. Tədbir bitdikdən sonra tədbir iştirakçıları Qazax rayon Azər Xalça MMC nin istehsalat sahəsində oldular, və “ƏSƏDOĞLU” şirkətinin müdiri Vüqar Kərimov onları Qazax rayonu Ağköynək kəndində yerləşən öz istixanası və Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən üzüm bağları ilə tanış etdi.
Bir daha qeyd etmək istəyirik ki, “Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” Layihəsi Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir və Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyi (CiDA) və Azərbaycanda isə Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR İB) tərəfindən icra edilir. Və layihənin bu fəaliyyətinin həyata keçməsində Qazax və Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyinidə xüsusi ilə vurğulamaq istərdik.