Genc Sahibkarlarin Sinerjisi (YES!) Gürcüstan - Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə " layihəsi çərçivəsində Gənc sahibkarlar üçün Biznes Bacarıqları təlimi

Genc Sahibkarlarin Sinerjisi (YES!) Gürcüstan - Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə " layihəsi çərçivəsində Gənc sahibkarlar üçün Biznes Bacarıqları təlimi

Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq naminə

Gənc Sahibkarlıq Sinerjisi Şəbəkəsi layihəsi çərçivəsində gənc sahibkarlar üçün

biznes bacarıqları təlimi

Pres-reliz Dekabr 6, 7 2018

      Qərb-Resurs VCİD İB dekabr ayının 6, 7 Qazax rayonunda “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirmişdir. Təlim Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı çərçivəsində həyata keçirilən “Gənc Sahibkarlıq Sinerjisi - trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində Gürcüstan partnyoru Vətəndaş İnkişaf Agentliyi “CİDA” ilə birgə keçirmişdir. Təlimdə Azərbaycanın Qazax və Ağstafa və Gürcüstanın Qardabani və Saqareco bölgələrindən olan 25 nəfərə sahibkarlar iştirak etdillər. Təlimin aparıcı eksperti Biznes Konsaltinq Mərkəzinin rəhbəri Vidadi Baxışov və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən (KTN) gələn qonaq ekspertlər – AKTN –nin yanında KT layihələrinin analizi və idarə edilməsi şöbəsinin baş məsləhətçisi - Pərvin İdrisli və KT layihələrinin və kreditlərin idarə edilməsi üzrə Dövlət Xidməti, kredit şöbəsinin məsləhətçisi – Orxan Qəhrəmanlı idi. Təlimdə həmdə Qazax rayon Gənclər və İdman İdarəsindən nümayəndələri iştirak etdilər. Təlim interaktiv, sual-cavab və diskusiya şəklində həyata keçdi. İştirakçılar biznes planın hazırlanması, layihələrin təqdim edilməsi və idarə olunması və Azərbaycan KTN tərəfindən verilən kreditlər haqqında məlumat aldılar.

Bundan əlavə, yerli sahibkar – ƏSƏDOĞLU şirkətinin rəhbəri Vüqar Kərimov Gürcüstandan gələn qonaqlar üçün Qazax və Ağstafa rayonunda mədəni gəzinti təşkil etdi.

Qeyd etmək istəyirik ki, Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı EaPTC Şərq Tərəfdaşlığı ölkələrinə öz sərhəd bölgələrində davamlı iqtisadi və sosial inkişafa dair ümumi çətinlikləri yerli səviyyədə müəyyənləşdirmək və birgə həll etmək üçün bir imkan yaradır.

 

Fotolar: