Gənc Sahibkarlıq Sinerjisi Şəbəkəsi layihəsi çərçivəsində Trans-sərhəd əməkdaşlıq naminə Ticari Sərgi və Mədəni Tədbir

Gənc Sahibkarlıq Sinerjisi Şəbəkəsi layihəsi çərçivəsində Trans-sərhəd əməkdaşlıq naminə Ticari Sərgi və Mədəni Tədbir

Bu gün, Oktyabrın 25, 2018 Qərb-Resurs VCİD İB Gürcüstan partnyoru Vətəndaş İnkişaf Agentliyi “CİDA” ilə birgə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı çərçivəsində həyata keçirilən “Gənc Sahibkarlıq Sinerjisi - trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində Qazax rayonunda AVEY otelində trans-sərhəd əməkdaşlıq naminə “Payız Bərəkəti” adlı  Ticari Sərgi keçirmişdir. Sərgidə Azərbaycan və Gürcüstandan gələn sahibkarlar öz kənd təsərrüfatı məhsularını satışa çıxardılar, məhsullarını tanıtdılar və ticari əlaqələrin güclənməsinə nail oldular. Tədbir iştirakçılarının çıxışlarına əsasən demək olar ki, tədbir çox uğurla həyata keçdi və iki dövlətin bir-biri ilə iqtisadi əlaqələrinin genişləndirilməsinə böyük müsbət təsir göstərəcək. Tədbirdə, GİZ təşkilatı tərəfindən icra edilən Şərq Tərəfdaşlığı (EaPTC) Proqramının komanda rəhbəri Natalia Alhazişvili iştirak etdi və trans-sərhəd əməkdaşlığın genişləndirilməsi üçün bu kimi tədbirlərin daha sıx keçirilməsinin vacibliyini vurğuladı. Sərgidən sonra, Qərb-Resurs İB “Ətraf mühitin qorunması” və “Mədəni Tolerantlıq” mövzusunda tədbir keçirdi. Tədbiri, təlimçi olaraq “Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin rəhbəri Hüseynli İlqar apardı. Onuda qeyd etmək istərdik ki, Qərb-Resurs VCİD İB Gürcüstandan gələn qonaqlar və yerli sahibkarlar üçün sabah oktyabrın 26, Gəncə şəhərinə mədəni tur keçirmək məqsədi ilə səfər planlaşdırıb.