Qərb-Resurs VCİD İB-yi Ağstafada “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirib

Qərb-Resurs VCİD İB-yi Ağstafada “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirib

Qərb-Resurs VCİD İB yanvar ayının 25-i və 26-sı tarixdə Ağstafa rayonunda “Gənc Sahibkarlar üçün Biznes Bacarıqları üzrə təlim” keçirmişdir. Təlim AB və QDRİ – MF tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı üzrə həyata keçirilən “Gənc Sahibkarlıq Sinerjisi - trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində Gürcüstan partnyoru Vətəndaş İnkişaf Agentliyi “CİDA” ilə birgə keçirilmişdir. Təlimdə Azərbaycanın Qazax və   Ağstafa və  Gürcüstanın  Qardabani və  Saqareco  bölgələrindən olan 25 nəfər sahibkar iştirak etdi. Təlimin aparıcı eksperti Tofiq Sadıxov Şəxsi İnkişaf üzrə TəlimçivəBiznes üzrə məsləhətçi Anar Veyis idi. Təlim interaktiv, qrup və fərdi iş formatında həyata keçdi. İştirakçılar biznes planın hazırlanması, layihələrin təqdim edilməsi və idarə olunması haqqında məlumat aldılar. Təlimin sonunda iştirakçılar öz bines ideyaları üzrə tərtib etdikləri planları təqdim etdilər.Qeyd etmək istəyirik ki, Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı EaPTC Şərq Tərəfdaşlığı ölkələrinə öz sərhəd bölgələrində davamlı iqtisadi və sosial inkişafa dair ümumi çətinlikləri yerli səviyyədə müəyyənləşdirmək və birgə həll etmək üçün bir imkan yaradır.