Samux rayonunun Institut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələrinin tikilməsi
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafna Dəstək İctimai Birliyi Yaponiya Dövlətinin Azərbaycandakı Səfirliyinin maliyyə yardımı və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Samux rayonunun İnstitut qəsəbəsi və Alıuşağı kəndində tibb məntəqələrinin tikilməsi” layihəsini icra edir. Hal-hazırda tibb məntəqələri tikilib və tikilinin iç və çöl işləri görülür. Onu da qeyd etmək istəyirik ki, əvvəlcədən olunan razılaşmaya uyğun olaraq, İnstitut qəsəbəsi və Alıuşağı kəndinin bələdiyyələri tibb məntəqələrinə su borularını artıq çəkiblər və indi məntəqələrin ətrafındakı abadlıq işlərini həyata keçirirlər. Bildirmək istəyirik ki, Tibb Məntəqələrinə qaz və işıq xəttlərinin çəkilməsini və müasir standartlara cavab verən avadanlıqla təmin edilməsini Samux rayon Mərkəzi Xəstəxanası öz öhdəsinə götürmüşdür . 2020-ci ilin avqust ayından istifadəyə verilməsi nəzərdə tutulan bu məntəqələr təxminən 9000 nəfər kənd sakininə tibbi xidmət göstərəcəkdir.
Bu layihə, Azərbaycan və Yaponiya Dövlətləri arasında mövcud olan dostluq və əməkdaşlığın daha da genişləndirilməsinə və inkişaf etməsinə xidmət edən layihələrdən biridir.
West-Resource Civil Society Development Support Public Union is implementing the project "Construction of medical centers in the Institute settlement and Alyushagi village of Samukh region " with the financial support of the Embassy of Japan in Azerbaijan and the support of the Executive Power of Samukh region. At present, medical centers have been built, interior and exterior works are being implemented. We would also like to note that in accordance with in advance agreement, the municipalities of the Institute settlement and Alyushagi village have already laid water pipes to the medical centers and are now carrying out landscaping work around the stations. We would like to inform you that the Samukh Central Hospital has undertaken to lay gas and electricity lines to the Medical Centers and provide them with equipment that meets modern standards. These medical points, which are expected to be commissioned in August 2020, will provide medical services to about 9,000 villagers.
This project is one of the projects aimed at further expanding and developing the existing friendship and cooperation between Azerbaijan and Japan.